DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada bütün təhlükəsizlik arxitekturasının dəyişdirilməsi zəruridir

Berlin uzunmüddətli perspektivdə ölkədə terrorla mübarizə və Almaniya əsgərlərini qorumaq üçün xarici kəşfiyyat xidmətlərinə arxalana bilməz.
Sputnik
BAKI, 6 avqust - Sputnik. Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbərləri Avqust Hanninq və Gerhard Şindler Almaniyanın bütün təhlükəsizlik arxitekturasının tamamilə dəyişdirilməsinin zəruriliyini bəyan ediblər. Bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.
Şindler və Hanninqin fikrincə, Almaniyanın mövcud kəşfiyyat xidmətləri həddindən artıq nəzarətdən əziyyət çəkdiyi üçün ABŞ Milli Təhlükəsizlik Agentliyi və ya Britaniya Hökuməti Kommunikasiya Mərkəzindən nümunə götürərək yeni kəşfiyyat qurumu yaratmalıdır.
“Xüsusi xidmət orqanları dəmir zəncirli dişsiz gözətçi itinə çevrilə bilməz. Hər şey yenidən yoxlanılmalıdır”, - BND-nin keçmiş rəhbərləri bildiriblər.
Onlar əlavə ediblər ki, Berlin uzunmüddətli perspektivdə ölkədə terrorla mübarizə və Almaniya əsgərlərini yerinə yetirdikləri missiyalar zamanı qorumaq üçün xarici kəşfiyyat xidmətlərinə arxalana bilməz.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok etiraf etmişdi ki, Ukraynada baş verənlərə bir sıra ölkələrdə - Cənubi Afrika, Braziliya və ya Çində baxış Avropadan fərqlidir.