RUSİYA

Rusiya kamikadze dronlarının istehsalına başlayıb

Gecələr də istifadəsi mümkün olan yeni dronları idarə edən operatorlar monitorda onun hərəkətini izləyə biləcəklər.
Sputnik
BAKI, 5 avqust - Sputnik. Rusiya “Qastello” kamikadze dronlarının istehsalına başlayıb.
RİA Novosti-nin məlumatına görə, ay ərzində konveyerlərdən 5000 qurğunun buraxılması nəzərdə tutulub.
Yeni dronlar gecələr də istifadə oluna biləcək. Dronları idarə edən operatorlar monitorda onun hərəkətini izləyə biləcəklər.
Qeyd edək ki, kvadrokopter Sovet İttifaqı Qəhrəmanı Nikolay Qastellonun şərəfinə adlandırılıb. İkinci Dünya müharibəsində onun təyyarəsi faşist texnikasının cəmləşdiyi əraziyə zərbə endirib. Ekipaj üzvləri həlak olublar.