RUSİYA

Rusiya 22 nəfəri öldürən adamı Tacikistana təhvil verib

Yusuf Salixov bir ailənin üzvlərini və qohumlarını güllələyib, sonra da meyitlərə benzin tökərək yandırıb.
Sputnik
BAKI, 5 avqust - Sputnik. Rusiya Baş Prokurorluğu 1992-ci ildə 22 nəfəri, o cümlədən hamilə qadını qətlə yetirməkdə ittiham olunan Yusuf Salixovun ekstradisiyası ilə bağlı Tacikistanın vəsatətini təmin edib.
Bu barədə Rusiya Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
İstintaq bildirir ki, 1992-ci il oktyabrın 14-də Sərbənd kəndi ərazisində bir nəfər əmlak oğurlamaq məqsədilə əlbir olaraq Kalaşnikov avtomatı ilə hücum edib.
O, zərərçəkənin ailə üzvlərinin və qohumlarının olduğu evə daxil olub, daha sonra onları güllələyib. Salixov meyitlərə benzin tökərək yandırıb. İki qurban sağ qala bilib. Bundan sonra qatil Tacikistanı tərk edərək uzun müddət Rusiyada gizlənib.
2022-ci il martın 10-da Boxtar şəhər məhkəməsi Salixov barəsində həbs qətimkan tədbirinin tətbiqi barədə qiyabi qərar çıxarıb, bundan sonra o, axtarışa verilib.