DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistanın keçmiş baş naziri İmran Xanın cəzasını harada çəkəcəyi bəlli oldu

Sabiq hökumət başçısı dövlət xəzinəsindən dələduzluq yolu ilə qiymətli əşyalar satdığına görə barəsində 3 illik həbs qərarı qəbul edilib.
Sputnik
BAKI, 9 may - Sputnik. Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Hərəkatının lideri İmran Xan Ravalpindi mərkəzi həbsxanasında saxlanılacaq.
Bu barədə Lahor şəhərinin polis rəisi Bilal Siddiq Kamiana istinadən məlumat yayılıb.
Onun sözlərinə görə, İslamabada gəldikdən sonra İmran Xan Ravalpindi şəhərinin mərkəzi həbsxanasına aparılacaq.
Gözlənildiyi kimi, eks-baş nazir öz cəza müddətini burada keçirəcək.
05.08.23, 16:17
Pakistanın sabiq Baş naziri İmran Xan barəsində məhkəmə tərəfindən 3 il həbs cəzası qərarı qəbul edilib.
Bu barədə “Pakistan TV” məlumat yayıb. Bildirilib ki, sabiq hökumət başçısı dövlət xəzinəsindən dələduzluq yolu ilə qiymətli əşyalar satdığına görə barəsində 3 illik həbs qərarı qəbul edilib.
Qeyd edək ki, bu ilin 9 mayında İmran Xan barəsində irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı məhkəmə iclasında iştirak etmək üçün gələn zaman silahlı polislər tərəfindən saxlanılıb.
Həbs edilməsindən sonra İmran Xanın lideri olduğu Təhrik-i-İnsaf partiyası tərəfdarlarını etiraz etməyə çağırıb. Bundan bir neçə saat sonra Lahor, Kəraçi və Pişəvər də daxil olmaqla bir sıra şəhərlərdə zorakılıq halları baş qaldırıb.
Mayın 11-də Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın həbsini qanunsuz elan edib.
Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.
Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.
09.05.23, 15:34
İslamabad polisi Pakistanın keçmiş baş naziri İmran Xanın Əl-Qadir Universitetinin vəsaitlərinin mənimsənilməsi işi üzrə həbs edildiyini təsdiqləyib. Bu barədə RİA Novosti xəbər yayıb.

“İmran Xan Əl-Qədir işi üzrə həbs edilib", - deyə Pakistan paytaxtının polisi Tviter-də bildirib.

Polis həmçinin Pakistan Cinayət Prosessual Məcəlləsinin toplantı və mitinqlərin qadağan edilməsi ilə bağlı 144-cü maddəsinin paytaxtda qüvvədə olduğunu xatırladıb və onun pozulması halında tədbir görəcəklərini vəd ediblər.
Öz növbəsində Pakistanın daxili işlər naziri Rana Sanaullah bildirib ki, İmran Xanın bir neçə bildiriş almasına baxmayaraq, məhkəməyə gəlməyib.
“Həbs Milli Mühasibat Bürosu tərəfindən milli xəzinəyə ziyan vurduğuna görə edilib”, - deyə o, Twitter-də bildirib.
Bundan əvvəl Milli Hesabatlılıq Bürosu (İqtisadi Kəşfiyyat) müstəntiqlərin fikrincə, Əl-Qadir Universitetini yaratmaq üçün trast şirkəti quran və onlara ziyan vuran İmran Xan, onun həyat yoldaşı və müxalif Tehreek-e-Insaf partiyasının liderləri ilə bağlı araşdırmaya başlayıb. Onların hərəkətləri nəticəsində Pakistan xəzinəsinə 50 milyard rupi ziyan dəydiyi iddia olunur.
Pakistanın müxalif Ədalət Hərəkatı (ƏH) öz tərəfdarlarını İslam Respublikasının keçmiş baş naziri İmran Xanın həbsi ilə bağlı mitinq keçirməyə çağırır.
"İnşallah, 9 May Pakistanın müstəqillik günü olacaq, İmran Xanın həbsi yox. İnsanlar Lahordakı Liberty Chowk-a gəlsinlər. Fəaliyyət planı orada izah olunacaq", - deyə Pəncab əyalətindəki ƏH-in baş katibi Hammad Azhar çərşənbə axşamı Tviter-də qeyd edib.
Çərşənbə axşamı Xan İslamabadın Ali Məhkəməsinin binasında Əl-Qadir Trast fondundan vəsaitlərin mənimsənilməsi işi üzrə İslam Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən saxlanılıb.
Xan parlamentin ona etimadsızlıq səsverməsindən sonra 2022-ci il aprelin 10-da baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Hazırda Pakistan məhkəmələrində terror və iğtişaşlar da daxil olmaqla müxtəlif ittihamlarla ona qarşı onlarla cinayət işi qaldırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.