DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda torpaq sürüşməsi: "Stalinin evi" təhlükə altındadır

Ərazi mineral bulaqlarla zəngindir və dəniz səviyyəsindən 1520 metr yüksəklikdə Alp zonasında yerləşir.
Sputnik
BAKI, 5 avqust - Sputnik. Gürcüstanın Şovi kurort bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində “Stalinin evi” də təhlükəli zolağa düşüb.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Bildirilib ki, ərazi mineral bulaqlarla zəngindir və dəniz səviyyəsindən 1520 metr yüksəklikdə Alp zonasında yerləşir. Deyilənə görə, keçmiş SSRİ-nin rəhbəri İ.V. Stalin bu evdə qalıb. Əslində, bu, istirahət evi olub. Müharibədə əsir düşmüş almanlar tərəfindən mismarsız tikilmiş binadır. Binanı Kolçin soyadlı memar inşa edib. Stalinin əsl villası qorunmayıb. Məlumata görə, Stalin Şoviyə belə gəlib çıxa bilməyib. O, başqa kurorta gedərkən Utserada balıq xörəyindən zəhərləndiyi üçün Oniyə qayıdıb.
Vurğulanıb ki, keçmiş turizm mərkəzindəki "Raça", “Sunset Shovi” otelləri, kotteclər, Şoviyə gedən əsas yol, Buba çayı, Çançaxi çayı, Mineral su da təbii fəlakət zonasındadır (Report).
Xatırladaq ki, avqustun 4-də Şovidə torpaq sürüşməsi olub. Nəticədə 15 nəfər ölüb, 25 nəfər yaralanıb, daha 24 nəfər isə itkin düşmüş sayılır.