PAYTAXT XƏBƏRLƏRİ

Bakıda polis udulmuş lotereya biletini oğurlayan şəxsi saxlayıb

İyulun 25-də Bakı şəhər sakini A.Şahmurovun 560 manat dəyərində lotereyasını oğurlayan şəxs ələ keçib.
Sputnik
BAKI, 5 avqust - Sputnik. Bakıda uduşlu lotereya biletini oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 25-də Bakı şəhər sakini A.Şahmurovun 560 manat dəyərində lotereyasını oğurlayan şəxs ələ keçib.
Belə ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində lotereya biletini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüsal Abbasov müəyyən olunaraq saxlanılıb.