BAKI, 4 avqust — Sputnik. İqlim dəyişiklikləri ilə əlaqədar Şuşa şəhəri ərazisindəki bulaqların bir qismi quruyub, bir qisminin suyunda isə azalma olub.
Bunu Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında "Azərsu" ASC-nin əməkdaşı Əhməd Mahmudov deyib.
O bildirib ki, Şuşa şəhərində daimi içməli su mənbəyinin yaradılması barədə tapşırıq verilib:
"Məlum olub ki, Şuşa şəhərinin illik su tələbatı 3.2 milyon kub metr təşkil edir. Təəssüf ki, hazırkı mənbə su ehtiyacının çox az faizini ödəyir. İlkin araşdırmalarımız zamanı məlum olub ki, Şuşada illik tələbatı ödəyəcək yeganə mənbə Zarıslı çayıdır".
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.