TƏHSİL

Lisey və gimnaziyalara qəbul olan şagirdlərin sənədlərinin qəbuluna başlanılır

Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini 7 avqust saat 15:00-dan 17 avqust saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.
Sputnik
BAKI, 4 avqust — Sputnik. Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini 7 avqust saat 15:00-dan 17 avqust saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.
Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.
Qeyd edək ki, şagirdin sənədləri təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməlidir.
Bu ərizə şagirdin əvvəl təhsil aldığı məktəbin modulundan da əldə edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.