DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu ay bir neçə dünya ulduzunun əşayları hərraca çıxarılacaq

Gitaranın satışından təxminən 200 min dollar əldə ediləcəyi planlaşdırılır. Bundan başqa, hərraca musiqiçinin rəsm əsərləri, fotoşəkilləri və üzgüçülük eynəkləri də çıxarılacaq.
Sputnik
BAKI, 4 avqust — Sputnik. "Nirvana" qrupunun solisti Kurt Kobeynin elektrik gitarası avqust ayında keçiriləcək "Hollivud və musiqi artefaktları" "Kruse GWS Auction" hərracında böyük məbləğə satılacaq.
Xarici KİV-in xəbərinə görə, gitaranın satışından təxminən 200 min dollar əldə ediləcəyi planlaşdırılır. Bundan başqa, hərraca musiqiçinin rəsm əsərləri, fotoşəkilləri və üzgüçülük eynəkləri də çıxarılacaq.
Hərrac avqustun 26-da onlayn keçiriləcək, ümumilikdə 350-dən çox lot satışa çıxarılıb. Onların arasında xüsusilə müğənni Elvis Presli üçün hazırlanmış qiymətli əşyalar — onların dəyəri minlərlə dollar təşkil edir — eləcə də Merilin Monronun özündən başqa geyinmədiyi paltarları yer alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.