PAYTAXT XƏBƏRLƏRİ

Binəqədi şossesi - “Baksol” yolunda məhdudiyyət aradan qaldırılıb

DİN Nəqliyyat İntelektual İdarə Etmə Mərkəzindən verilən xəbərə görə, sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir.
Sputnik
BAKI, 4 avqust — Sputnik. Yanğınla bağlı Binəqədi şossesi - “Baksol” yolu istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb. Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.
***
Binəqədi rayonu ərazisində baş verən yanğın hadisəsi səbəbindən hazırda Binəqədi şosesi - "Baksol" yolu istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
DİN Nəqliyyat İntelektual İdarə Etmə Mərkəzindən verilən xəbərə görə, sürücülərdən alternativ yol olaraq Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yoldan istifadə etmək tövsiyə edilir.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verdiyi hələ ki., bəlli deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.