BAKI, 4 avqust — Sputnik. Prezidentin İlham Əliyev bu gün təsdiq etdiyi "Kosmik fəaliyyət haqqında" qanunla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) üzərinə yeni öhdəlik qoyulub.
Nazirlik xarici kosmik obyektdən Azərbaycanda birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilən ilkin informasiyaların göstəricilərini Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırmaqla 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.
Nazirlər Kabineti isə 3 ay müddətində qanunların və prezidentinin aktlarının "Kosmik fəaliyyət haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, RİNN yanında Kosmik Agentliyin ("Azərkosmos") fəaliyyət istiqamətləri üzrə müvafiq işlər görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, kosmik fəaliyyət subyektlərinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət qaydasını təsdiq edib dövlət başçısına məlumat verməlidir.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.