İQTİSADİYYAT

Azərbaycan Pakistan ilə Preferensial Ticarət Sazişinin imzalanmasını müzakirə edib

Tərəflər arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri müzakirə edilib.
Sputnik
BAKI, 4 avqust — Sputnik. Azərbaycan və Pakistan Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən işləri müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.
"Pakistanın ticarət naziri Səid Navid Qəmər ilə keçirdiyimiz onlayn görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini bir daha vurğulayaraq, tərəflər arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri müzakirə etdik", - nazir bildirib.
Qeyd edək ki, bir neçə ay öncə Azərbaycan və Pakistan XİN-ləri siyasi məsləhətləşmələr üçün bir araya gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.