HƏRBİ

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub

Gökçen Fırat Türkiyə Silahlı Qüvvələrinin ilk qadın admiralı olub.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.
Bu barədə qərar Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.
Bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.
Həmçinin, qərargah polkovniki Gökçen Fırat Dəniz Qüvvələri Komandanlığında admiral rütbəsi alıb.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanan Ali Hərbi Şuranın qərarında qeyd edilib.
Bununla da Gökçen Fırat Türkiyə Silahlı Qüvvələrinin ilk qadın admiralı olub.