CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstehlaka yararsız 3,9 ton kolbasa məhsulları məhv edilib

"Hicaz 313" MMC-nin istehlaka yararsız qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında 2 adda, ümumi çəkisi 3,9 ton kolbasa məhsulu "EkoSum" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib
Sputnik
BAKI, 3 avqust — Sputnik. İstehlaka yararsız kolbasa məhsulları məhv edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, "Hicaz 313" MMC-nin istehlaka yararsız qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında 2 adda, ümumi çəkisi 3,9 ton kolbasa məhsulu "EkoSum" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Qeyd edək ki, AQTA istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.