SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səudiyyə Ərəbistanı Azərbaycana yeni səfir təyin edib

Diplomat Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri vəzifəsində sələfi Haməd bin Abdullah bin Səud bin Xudeyrini əvəz edəcək.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Səudiyyə Ərəbistanı Essam bin Saleh Al Cutaylini Azərbaycana səfir təyin edib.
Yeni səfir Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud qarşısında and içib.
O, andiçmə zamanı qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın intensivləşdirilməsinə çalışacaq.
Qeyd edək ki, diplomat Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri vəzifəsində sələfi Haməd bin Abdullah bin Səud bin Xudeyrini əvəz edəcək.