DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İŞİD terrorçuları liderlərinin öldüyünü açıqlayıblar

Terrorçular həmçinin yeni lider təyin etdiklərini açıqlayıblar.
Sputnik
BAKI, 3 avqust - Sputnik. İŞİD terror təşkilatı, lideri Əbu Hüseyn əl-Hüseyni əl-Kureşinin ölümü ilə bağlı xəbərləri təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan açıqlamada bildirilib ki, onların lideri Suriyanın şimal-qərbində İŞİD və "Cəbhət ən-Nüsra" qruplaşması arasında baş verən qarşıdurmada öldürülüb.
Terrorçular həmçinin yeni lider təyin etdiklərini açıqlayıblar. Bu, Əbu Həfs əl-Haşimi əl-Kureşidir.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilatdır. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.