RUSİYA

Rusiyanın Kaluqa vilayətinə PUA-larla hücum olub

Avqustun 1-də Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşmaq istəyən bir neçə pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bildirib.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri Kaluqa vilayəti üzərində altı Ukrayna PUA-nı məhv edib, itki və dağıntı yoxdur. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gecə Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə Kaluqa vilayəti ərazisi üzərində terror aktı törətmək cəhdinin qarşısı alınıb. 6 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub", - nazirlik bildirib.
Bildirilib ki, qarşısı alınan terror aktı nəticəsində ölən və dağıntı yoxdur.
Daha əvvəl Kaluqa vilayətinin başçısı Vladislav Şapşa öz teleqram kanalında bildirib ki, gecə saatlarında hava hücumundan müdafiə qüvvələri bölgənin cənub-qərbində altı pilotsuz uçan aparatı vurub.
Avqustun 1-də Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşmaq istəyən bir neçə pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, onlardan birinin Moskva şəhərinə uçduğunu bildirib.
İyulun 30-da Rusiya Federasiyasının bir neçə regionu Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Belə ki, onlardan biri Moskva vilayətində vurulub.