BAKI, 3 avqust — Sputnik. Rusiya sentyabr ayında dünya bazarlarına neft ixracını könüllü olaraq azaltmağa davam edəcək, indi siə gündəlik 300 min barel azaldacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
"Rusiya avqust ayında neft ixracını könüllü olaraq sutkada 500 min barrelə qədər azaldacaq, hasilatın azaldılacağı əvvəlcədən elan edilmişdi. Eyni zamanda, neft şirkətləri bunu təmin etmək üçün hasilatı və ya ixracı azaldıb-azaltmayacaqlarına özləri qərar verəcəklər", - deyə Novak izah edib.
"Bazarda tarazlıq yaratmaq səylərinin bir hissəsi olaraq, Rusiya sentyabr ayında neft bazarlarına tədarükləri könüllü olaraq, indi sutkada 300,000 barelə qədər azaltmağa davam edəcək, ixracı müəyyən edilmiş miqdarda azaldacaq", - Novak bildirib.