DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyanın komandası büdcəni nəyə xərcləyir

Müqayisə üçün nəşr qeyd edir ki, aprel ayında həmin şirkətdən 10,7 milyon dramdan çox məbləğdə konyak alınıb.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Ermənistan parlamenti bir ay ərzində təxminən 10 min dollardan dəyərində konyak alıb. Bu barədə "Joxovurd" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, 1-31 iyul tarixlərində xarici nümayəndə heyətlərinin qəbulu və xarici səfərlərin təşkili üçün 3,88 milyon dram dəyərində konyak alınıb. Qəzet əlavə edir ki, onlar spirtli içkiləri "Vino Vino" şirkətindən alıblar.
Müqayisə üçün nəşr qeyd edir ki, aprel ayında həmin şirkətdən 10,7 milyon dramdan çox məbləğdə konyak alınıb. İyun ayında isə Ermənistan Milli Assambleyası "Noas Orchards Distilling Company"dən təxminən 2 milyon dram dəyərində araq alıb.
Nəşr iddia edir ki, Ermənistanın baş nazirinin komandası büdcə vəsaitlərini məqsədəuyğun olmayan şəkildə xərcləyir, baxmayaraq ki, Nikol Paşinyan vaxtilə buna görə əvvəlki hakimiyyəti günahlandırmışdı.