TƏHSİL

Nazirlik: Forma seçimindən imtina etmiş məktəb yoxdur

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirmişdi ki, məktəblər forma seçimində müstəqildir.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Ölkə üzrə ümumtəhsil məktəblərində forma seçimi ilə bağlı vəziyyət açıqlanıb.
Bu barədə Elm və Təhsil Nazirlyindən bildirilib.
"Ölkə üzrə forma seçimindən imtina etmiş məktəb qeydə alınmayıb" - deyə cavabda qeyd olunub.
Xatırladaq ki, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə məktəblərin forma seçimində müstəqil olduqlarını, hətta bundan imtina edə biləcəklərini açıqlamışdı.
"Formaların olub-olmayacağını məktəblərin pedaqoji şuraları müəyyən edir. Məktəb deyə bilər ki, "forma istəmirik". Bu mümkündür. Burada heç bir məcburiyyət olmayacaq" - deyə nazirliyin şöbə müdiri vurğulamışdı.