DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransada 80 nəfər istidən ölüb

Ölkənin Meteorologiya agentliyi xüsusilə cənub bölgələrindəki insanları isti havaya qarşı tədbir görmələri barədə xəbərdar edib.
Sputnik
BAKI, 3 avqust - Sputnik. Fransada iyul ayında qeydə alınan isti hava səbəbindən 80 nəfər ölüb.
Ölənlərin çoxusu Overn-Rona-Alpla, Burqundiya–Franş-Konte, Korsika regionundan olub.
Qeyd edək ki, iyul ayında Fransada yüksək temperatur qeydə alınıb.
7-13 iyul tarixləri arasında qızmar istilər nəticəsində onlarla insan həyatını itirib.
Bununla bağlı ölkənin Meteorologiya agentliyi xüsusilə cənub bölgələrindəki insanları isti havaya qarşı tədbir görmələri barədə xəbərdar edib.