BAKI, 3 avqust — Sputnik. Bakı metrosunun vaqonlarında Rusiyanın Vladimir bölgəsində istehsal olunmuş LED-lərin quraşdırılmasına başlanılıb.
İşıqlandırma sistemi rusiyalı mütəxəssislər tərəfindən xüsusi olaraq Bakı metrosu üçün hazırlanıb. Sistem yanğın təhlükəsizliyi, enerji səmərəliliyi və sağlamlığın qorunması üçün bütün zəruri tələblərə cavab verir.
Müqavilənin birinci mərhələsi çərçivəsində Vladimirin "Rusaloks" şirkəti artıq Azərbaycanın paytaxtına 60 vaqon üçün 700 ədəd yeni LED lampalar tədarük edib.
Yeni işıqlandırma sistemi nəzərəçarpacaq dərəcədə az elektrik istehlak edir və lampaların ömrü uzundur. O, həmçinin ətraf mühitə təsir mənasında daha ekolojidir, çünki tərkibində civə olan və xüsusi utilizasiya tələb edən flüoresan lampaları əvəz edir.