CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Həm şənbə, həm də bazar günü saat 08:25-də qatarlar Bakı Dəmiryol Vağzalından Ağstafa istiqamətinə, saat 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakı şəhərinə yola düşəcək
Sputnik
BAKI, 3 avqust — Sputnik. Artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə 5-6 avqust tarixlərinə əlavə qatar reysləri təyin edilib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə,
Həm şənbə, həm də bazar günü saat 08:25-də qatarlar Bakı Dəmiryol Vağzalından Ağstafa istiqamətinə, saat 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakı şəhərinə yola düşəcək.
Bundan başqa ənənəvi qrafiklə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız hər gün saat 08:45-də Bakıdan Ağstafaya, əks istiqamətdə isə saat 18:15-də Bakıya yola düşür (APA).