DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Belarusa qarşı sanksiyaları genişləndirir

İyulda Aİ ölkələrinin səfirləri Belarusdakı daxili siyasi vəziyyət və ölkənin Rusiyanın Ukraynadakı fəaliyyətində iştirakı səbəbindən Belarusa qarşı məhdudlaşdırıcı tədbirlər görməyə razılaşıblar.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Avropa İttifaqı Şurası Belarusa qarşı sanksiyaları genişləndirib və bir sıra hərbi malların və texnologiyaların ölkəyə idxalını qadağan edib. Bu barədə "İnterfaks" Avropa Komissiyasının press-relizinə istinadən xəbər verir.
Məhdudiyyətlər Belarusa hərbi-texniki inkişafa töhfə verən mal və texnologiyaların ixracına təsir göstərəcək və Aİ odlu silah və sursatların ixracına əlavə qadağa tətbiq edir. Bundan əlavə, sanksiyalar aerokosmik sənayeyə texnologiyaların tədarükünə də şamil edilir.
Avropa Komissiyası qeyd edir ki, tədbirlər Belarusun "Rusiyanın Ukraynadakı hərəkətləri"ndə iştirakı ilə əlaqədar tətbiq edilir. Aİ Belarusa qarşı sanksiyalar rejimini anti-Rusiya məhdudiyyətlərinə uyğunlaşdıracağını bildirir.
İyulda Aİ ölkələrinin səfirləri Belarusdakı daxili siyasi vəziyyət və ölkənin Rusiyanın Ukraynadakı fəaliyyətində iştirakı səbəbindən Belarusa qarşı məhdudlaşdırıcı tədbirlər görməyə razılaşıblar.