BAKI, 2 avqust - Sputnik. İspaniyanın "Valensiya" futbol klubu siçovulların çoxalması üzündən öz stadionunda günəbaxan toxumu və digər kiçik qəlyanaltıların satışını qadağan edib. Bu barədə COPE məlumat yayıb.
Klub matçların sonunda qalan qida qalıqlarına görə stadionu doluşan gəmiricilərlə bu şəkildə mübarizə aparmaq qərarına gəlib.
Əvvəllər oxşar tədbirlər 2019-cu ildə başqa bir İspaniya futbol klubu olan "Real" Sosyedad tərəfindən həyata keçirilib. Komanda tamaşaçıların yanlarında bioloji parçalana bilən qabların olması şərti ilə tribunalarda qəlyanaltı yeməyə icazə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.