HADİSƏ

İstanbulda biznes mərkəzi yanır - VİDEO

Dördmərtəbəli biznes mərkəzinin zirzəmisində naməlum səbəbdən yanğın baş verib.
Sputnik
BAKI, 2 avqust — Sputnik. İstanbulun Bayrampaşa bölgəsində yerləşən biznes mərkəzlərindən birində yanğın başlayıb.
Türkiyə mətbuatının yazdığına görə, əraziyə çoxlu sayda yanğınsöndürən və polis cəlb olunub.
Biznes mərkəzində köməksiz vəziyyətdə qalan 9 nəfər xilas edilib, 4 yanğınsöndürən isə tüstüdən zəhərlənib.
4 mərtəbəli biznes mərkəzinin zirzəmisində naməlum səbəbdən yanğın baş verib.
Yanğının söndürülməsi davam edir.