DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərbin köməyinə baxmayaraq, Kiyev məğlub olur - Pentaqonun polkovniki

Amerikalı hərbçinin sözlərinə görə, Ukrayna torpaqları Ukrayna Silahlı Qüvvələrin qəbiristanlığına çevrilib.
Sputnik
BAKI, 2 avqust — Sputnik. ABŞ və Rusiya arasındakı dolayı münaqişə Kiyev torpağını qəbiristanlığa çevirib.
Bu barədə "The American Conservative" Pentaqonun sabiq müşaviri polkovnik Duqlas Makqreqorun sözlərinə istinadən yazıb.
Ekspertin fikrincə, Ukrayna Qərb ölkələrinin böyük köməyinə baxmayaraq məğlub olub.
"Ukrayna Silahlı Qüvvələrinə (USQ) misli görünməmiş müasir silahların, pulların, xarici döyüşçülərin və əsas kəşfiyyat məlumatlarının verilməsinə baxmayaraq, Vaşinqtonun kuklası darmadağın edilib", - deyə Makqreqor bildirib.
Onun sözlərinə görə, Ukraynada xəstəxanalar yaralı əsgərlərlə doludur, cəbhə xəttində isə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin çoxlu cəsədləri var.
Makqreqor Vaşinqtonun Putini nahaq yerə qiymətləndirmədiyini də bildirib. Ekspert sonda onu da qeyd edib ki, çıxış yolu Moskva ilə sülhün bağlanmasıdır.
Bu yaxınlarda "New York Times" nəşri Rusiya hərbçilərinin innovativ üsulla xüsusi əməliyyat zonasında minalar yerləşdirdiyini və bunun Ukrayna zirehli texnikasını darmadağın etməyə imkan verdiyini yazıb.
DÜNYA XƏBƏRLƏRİ
Anti-Rusiya ritorikası Polşanın sonunu gətirəcək - Pentaqonun polkovniki