SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağ erməniləri mənə qulaq assalar, normal yaşayacaqlar - İlham Əliyev

Dövlət başçısı deyib ki, Qarabağ erməniləri indiki kimi davranmağa davam etsələr, "prezidenti", "nazirləri", "parlamentariləri" olan qondarma ölkədə yaşayırlarmış kimi özlərini aparsalar, vəziyyət onların xeyrinə dəyişməyəcək.
Sputnik
BAKI, 2 avqust — Sputnik. "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar".
Bu sözləri Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib.
"Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya "prezidenti", "nazirləri", "parlamentariləri" olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm", - dövlət başçısı bildirib.
SİYASƏT
İlham Əliyev Ermənistanla sülh danışıqlarının uğurla yekunlaşacağına ümid edir