TƏHSİL

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

Müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Sputnik
BAKI, 2 avqust — Sputnik. 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Təhsil İnstitutunun yaydığı məlumata görə nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd olunub ki, 26-31 iyul tarixlərində keçirilən vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.