BAKI, 2 avqust — Sputnik. Kosta-Rikanın həvəskarlardan ibarət "Deportivo Rio Kanya" klubunun futbolçusu Alberto Lopes Ortis faciənin qurbanı olub.
30 yaşlı kosta-rikalı timsahların hücumunda həyatını itirib.
Kanyas çayında olan timsahlardan biri onu yeyib. Futbolçunun meyitini yırtıcının ağzından çıxarmaq üçün polis timsahı güllələyib.
Qeyd edək ki, təcrübəli futbolçu həm də komandanın məşqçilər korpusunda yer alırdı. (Apasport.az).