SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik - Prezident

İlham Əliyevin sözlərinə görə, uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, Bakıya gələcəklər.
Sputnik
BAKI, 2 avqust — Sputnik. "Ermənistandakı ermənilərə digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər".
Bu fikirləri Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində jurnalistin Ermənistandakı ermənilərə mesajının nədən ibarət olacağı ilə bağlı sualına cavabında səsləndirib.
"Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik", - deyə dövlət başçısı vurğulayıb.
SİYASƏT
İlham Əliyev Ermənistanla sülh danışıqlarının uğurla yekunlaşacağına ümid edir