DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tonoyandan acı etiraf: Ermənistanın qırıcıları və zenit müdafiə vasitələri yox idi

Ermənistanın keçmiş müdafiə naziri qeyd edib ki, 2020-ci ildə hərbi əməliyyatların başlanma vaxtını kimsə proqnozlaşdıra bilməyib.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada dindirilir. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
O, hazırda sualları cavablandırır.
D.Tonoyan söyləyib ki, 2020-ci ildə hərbi əməliyyatların başlanma vaxtını kimsə proqnozlaşdıra bilməyib.
Keçmiş nazir bildirib ki, 44 günlük müharibədən əvvəl vəziyyət təhlükəli qiymətləndirilirdi:

"Amma kimsə bilmirdi ki, müharibə nə zaman başlayacaq".

D.Tonoyan qeyd edib ki, 2020-ci il sentyabrın 27-dək Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması üçün bütün lazımi tədbirlər görülüb.
Keçmiş müdafiə nazirinin sözlərinə görə, Ermənistanın qırıcı təyyarələri və zenit müdafiə vasitələri yox idi: "Bu texnikalar baxımından bizim imkanlarımız sıfır idi".
Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.