DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tonoyan 44 günlük müharibədəki bacarıqsızlığını etiraf edib

Bundan əvvəl məlum olub ki, məhkəmə həbsdə olan Tonoyanın komissiyanın müzakirəsində iştirakına icazə verib.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibədə əsas məsuliyyət payını müharibənin qarşısını ala bilməməkdə və onu dayandıra bilməməsində görür. Tonoyan bunu 44 günlük müharibənin səbəb və nəticələrinin öyrənilməsi üzrə parlament komissiyasının iclasında deyib.

“Mülki-diplomatik qabiliyyətim, biliyim və əlaqələrim müharibənin başlanmasının qarşısını almağa, sonra isə hərbi əməliyyatları dayandırmağa kifayət etmədi”, - deyə o, bildirib.

Bundan əvvəl məlum olub ki, məhkəmə həbsdə olan Tonoyanın komissiyanın müzakirəsində iştirakına icazə verib. O, cəzaçəkmə müəssisəsinin əməkdaşının müşayiəti ilə parlamentə gəlib. İclas avqustun 2-də davam etdiriləcək.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib. Bundan əvvəl komissiyaya keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş və indiki rəisləri - Onik QasparyanEdvard Asryan və digər yüksək rütbəli məmurlar dəvət olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.