BAKI, 1 avqust — Sputnik. İyirmi səkkiz mərmi aşkar edildikdən sonra Qara dənizin İstanbulun şimal-şərqindəki Şilə kurortunda bütün çimərliklər davam edən araşdırmalar səbəbindən çərşənbə axşamı bağlanıb. Bunu Şilə polisindəki mənbə RİA Novosti-yə bildirib.
Səlahiyyətlilər ən azı 28 partlamamış hərbi sursat aşkar edildikdən sonra iylun 31-də Qara dənizin İstanbul yaxınlığındakı Şilə kurortunda yerləşən Sofular çimərliyini bağlayıblar.
"Hazırda Şilənin bütün çimərlikləri bağlıdır. Çimərliklərin nə zaman açılacağı hələ bəlli deyil. Mütəxəssislər ərazidə araşdırmaları davam etdirirlər. Həm köhnə, həm də nisbətən yeni minalar tapılıb", - mənbə bildirib.
Səlahiyyətlilər daha əvvəl dalğıcların dənizdən səkkiz mərmi çıxara bildiklərini və onların təmizlənəcəyini bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.