BAKI, 1 avqust — Sputnik. Rusiyanın 2016-cı il seçki kampaniyasına müdaxiləsi ilə bağlı "uydurma məlumatlar" ətrafındakı isteriya Vaşinqtonu Moskva ilə "proksi-müharibə"yə sürükləyib.
Bu barədə Rusiya mediası ABŞ-ın sabiq Prezidenti Donald Trampın "Newsweek"ə yazdığı köşə yazısına istinadla məlumat yayıb.
"Bu hiylənin əsl qurbanları amerikalılar olub. Onun ABŞ-a vurduğu ziyan misilsizdir. Bu, demokratiyamızı sarsıdıb, təhlükəsizliyimizi təhdid edib, azadlığımızı təhlükə altına atıb", - deyə ABŞ-ın sabiq prezidenti qeyd edib.
Siyasətçinin fikrincə, dövlətlərarası münasibətlərdə gərginliyin dərəcəsini azaltmağın zəruri olduğu kritik məqamda saxtakarlıq kütləvi isteriyaya səbəb olub və bu da "Rusiyanı birbaşa Çinə daha yaxınlaşdırıb".
"Mənim Rusiya ilə yaratmağa çalışdığım münasibətləri yaxşılaşdırmaq əvəzinə, biz indi Rusiya ilə proksi-müharibə aparırıq", - deyə Tramp fikrini yekunlaşdırıb.
O, ABŞ-dan daha çox nüvə silahına malik olan Rusiya ilə anlaşmağa və həmçinin Konqresi Ukraynaya yeni məbləğlər ayırmamağa çağırıb.
"Sky News" qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin əsas səhvi Rusiyanı nüvə dövləti kimi dəyərləndirməməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.