RUSİYA

Rusiya Sudandan diplomatların bir hissəsini təxliyə edir - XİN

Diplomatların təxliyəsinə səbəb ölkədə davam edən hərbi əməliyyatlar fonunda təhlükəsizlik risklərinin artmasıdır.
Sputnik
BAKI, 1 avqust - Sputnik. Rusiya Federasiyası Sudanda davam edən qarşıdurmalar fonunda Rusiya diplomatlarının bir qismini, eləcə də vətənlərinə qayıtmaq üçün kömək istəyən rusiyalıları evakuasiya edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sudanda davam edən hərbi əməliyyatlar fonunda yüksək təhlükəsizlik riskləri üzündən Xartumdan köçürülən Rusiya səfirliyinin əməkdaşlarının bir hissəsi, habelə vətənə qayıtmaqla bağlı kömək üçün müraciət etmiş Rusiya vətəndaşları və ailə üzvləri Port Sudan şəhərindən təxliyə edilib", - deyə diplomatik idarədən məlumat verilib.

O da vurğulanıb ki, Rusiyanın Port Sudandakı səfirliyinin işi “adi qaydada davam edir”.
TASS-ın verdiyi xəbərə görə, Sudanda vəziyyət Sudan ordusunun rəhbəri, eyni zamanda Suveren Şuraya rəhbərlik edən Əbdülfəttah əl-Burhan ilə Sudan Çevik Hücum Qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib.
Onların arasında əsas ziddiyyətlər vahid Sudan silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də ordunun baş komandanı kimin olması ilə bağlı suallarla bağlıdır: əl-Burhanın hesab etdiyi kimi - peşəkar hərbçi, yoxsa Daqalonun israr etdiyi kimi - seçilmiş mülki prezident.
Aprelin 15-də Merov şəhərində, eləcə də Xartumda hərbi baza yaxınlığında iki struktur arasında toqquşmalar başlayıb.
Sudanın Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan bəri 3 mindən çox insan ölüb, ən azı 6 min nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.