BAKI, 1 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) avqustun 1-nə keçən gecə pilotsuz katerlərdən istifadə etməklə Qara dəniz donanmasının gəmilərinə uğursuz hücum cəhdi edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gecə Ukrayna Silahlı Qüvvələri Qara dənizin cənub-qərb hissəsində, Sevastopoldan 340 km cənub-qərbdə gəmi nəqliyyatına nəzarət edən Qara Dəniz Donanmasının "Sergey Kotov" və "Vasili Bıkov" patrul gəmilərinə üç pilotsuz kateri ilə uğursuz hücum cəhdi edib", - nazirliyin məlumatında deyilir.
USQ-nin hər üç pilotsuz kateri Rusiya gəmilərinin standart silahları ilə məhv edilib və hazırda onlar öz vəzifələrini icra etməyə davam edirlər.
Bu yaxınlarda məlum olub ki, Rusiya USQ-nin dronların köməyi ilə Krıma hücum cəhdlərinin qarşısını ala biliblər. Dronlar Qara dəniz akvatoriyasında və Tarxankut burnunda məhv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.