BAKI, 1 avqust — Sputnik. Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Azərbaycan Respubliksı Prezidentinin digər Sərəncamı ilə Süleyman Mehrəli oğlu Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Həmçinin İlham Əliyevin sərəncamları ilə Daşqın Ələm oğlu İskəndərov, Xalik Rəfi oğlu Məmmədov və Bədəl Şamil oğlu Bədəlov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad ediliblər.
Başqa sərəncamlarla Fuad Bəkir oğlu Musayev, Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Anar Fərruh oğlu Məmmədov və Əfqan Elçin oğlu İsayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin ediliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.