AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev isveçrəli həmkarına məktub göndərib

İlham Əliyev inanır ki, Azərbaycanla İsveçrə arasında dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq daha da inkişaf edəcək və möhkəmlənəcək.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Alan Berseyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyirəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.