BAKI, 1 avqust — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko Varşavanın "Vaqner" döyüşçülərinin Polşa ilə sərhədə doğru irəliləmələri ilə bağlı bəyanatlarına cavab verib. Bu barədə "Belta" agentliyi məlumat yayıb.
"Bu yaxınlarda eşitdim ki, Polşa sərhədə yaxın "Vaqner" dəstəsinin 100-ə yaxın nümyəndəsinin gəlməsindən həyəcanlanıb. Qeyd edim ki, sərhədə 100 nəfərlik "Vaqner" döyüşçüsü getməyib, onlar Brest və Qrodnoda cəmləşib.
Prezident vurğulayıb ki, Belarusa gələn "Vaqner" döyüşçüləri hələ də müvəqqəti düşərgədə qərarlaşıb.
"Vaqner" döyüşçüləri, arxiv
© AP Photo
"Ona görə də Belarusun mərkəzində Osipoviçin (Vaqner üzvlərinin yerləşdiyi keçmiş hərbi hissənin ərazisindəki müvəqqəti düşərgə – red.) yaxınlığında olduqları üçün bu uşaqlar heç yerə getmək istəmirlər", - Lukaşenko deyib.
İyulun sonunda Polşanın baş naziri Mateuş Moravetski Belarusda yerləşən "Vaqner" qruplaşmasının döyüşçülərinin qanunsuz miqrant adı altında Polşaya daxil olacağından narahat olduğunu bildirib.
O, bildirib ki, Polşada "Vaqner qrupunun 100-dən çox muzdlusu Belarusun Qrodnosundan çox da uzaq olmayan Suvalkyə doğru irəliləyib".
Moravetski deyib ki, bu, Polşa ərazisinə növbəti hibrid hücuma doğru bir addımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.