BAKI, 1 avqust — Sputnik. Kiyev rejimi uşaqlara qarşı cinayətlər törətməyə, o cümlədən ukraynalı uşaqları satmağa davam edir. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Kiyev rejimi ukraynalı uşaqların alveri ilə məşğuldur. Uşaq alveri böyük qanunsuz biznesdir", - Volodin Teleqram kanalında bildirib.
O qeyd edib ki, uşaqlar cinayətlərin, satılanların qurbanına çevrilirlər.
Volodin onu da izah edib ki, bir çox ölkələr surroqat analığı qadağan etmək yolu ilə gedir, Ukrayna isə əksinə.
"Bu gün Ukraynada surroqat analıq sənayesi inkişaf edir", - Dumanın spikeri bildirib.
O, əlavə etdi ki, surroqat biznes Ukraynada açıq şəkildə dəstəklənir: reklam olunur, bütün ölkə üzrə gənc qadınları işə götürmək üçün agentlər işə qəbul edilir.
Volodin qeyd edib ki, Ukraynada çiçəklənən əxlaqsız biznesin rəhbəri Almaniya vətəndaşıdır və ən böyük surroqat analıq klinikasının sahibidir.
"Zelenski və onun əlaltıları Qərb ağalarını razı salmaq ümidi ilə Ukrayna xalqını məhv etməkdə davam edirlər: milyonlarla ukraynalı xaricə qaçıb, yüz minlərlə kişi orduya zorla cəlb olunub və onların qadınları xarici vətəndaşlar üçün surroqat ana olublar", – Volodin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.