RUSİYA

Kiyev ölkənin qərbinin "Polşanın qucağında" boğula biləcəyindən şübhələnir - Zaxarova

Ukrayna XİN isə öz növbəsində səfirə bildirib ki, ukraynalıların Polşaya qarşı guya nankorluq etmələri barədə bəyanatlar həqiqətə uyğun deyil və qəbuledilməzdir.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Kiyev qeyri-müəyyən şəkildə şübhələnir ki, Varşavanın köməyi ilə bağlı heç də hər şey qaydasında deyil və Ukraynanın qərb hissəsi Polşanın dost qucağında boğula bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bilirsiniz, bu, canavarın qoyuna dediklərinə bənzəyir: bütün sürünün içindən səni nahar üçün seçdiyimi təqdir etsəydin, yaxşı olardı. Və bu zaman, kütbeyin də olsa, qoyun bu şam yeməyinin heç də iki nəfər üçün olmayacağını təxmin etməyə başlayır. Bankovaya küçəsində, görünür, qeyri-müəyyən şəkildə şübhələnirlər ki, Polşanın yardımı ilə bağlı heç də hər şey qaydasında deyil və Ukraynanın qərb hissəsi qonşunun mehriban qucağında boğula bilər", - deyə o, Telegram kanalında yazıb.

Qeyd edək ki, Polşanın Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko məlumat verib.
Bu addımın atılmasına səbəb kimi, Polşa Prezidentinin beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın səsləndirdiyi fikirlər göstərilib.
Belə ki, Pşidaçın sözlərinə görə, Ukrayna Polşadan xeyli sayda yardım alıb və yaxşı olardı ki, son dövrdə ölkəsinin Ukrayna üçün oynadığı rol Kiyev tərəfindən qiymətləndirilsin. O, həmçinin Ukraynanı nankorluqda ittiham edib.
Ukrayna XİN isə öz növbəsində səfirə bildirib ki, ukraynalıların Polşaya qarşı guya nankorluq etmələri barədə bəyanatlar həqiqətə uyğun deyil və qəbuledilməzdir.
Polşa səfirinin diqqətinə o da çatdırılıb ki, Ukrayna-Polşa dostluğunun dərin kökləri var və heç bir bəyanat Kiyevlə Varşavanın Avropada birlikdə gələcək qurmasına mane olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.