BAKI, 1 avqust — Sputnik. Hindistanın "Hindustan Times" qəzeti Rusiya qoşunlarının bir tankının Ukrayna Silahlı Qüvvələrinin (USQ) kolonla Zaporojye şəhərində apardığı "qızğın" döyüşünə həsr olunmuş videoçarxı yayımlayıb. Burada şiddətli döyüş nəticəsində Ukrayna tanklarının və zirehli texnikanın darmadağın edildiyi qeyd edilib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Videonun annotasiyasında deyilir ki, Almaniyanın "Leopard 2" tanklarından, eləcə də ABŞ-ın "Bradley" zirehli maşınlarından sonra Rusiya hərbçiləri İsveçin ilk piyadaların döyüş maşınını (PDM) da ələ keçiriblər.
"Rusiya tankı ən azı iki Ukrayna tankını və ABŞ-ın beş MRAP M1224 "MaxxPro" maşınını məhv edib", - videonun annotasiyasında deyilir.
Yayımlanmış videoda Ukrayna qoşunlarının hücumu əks olunub. Rusiya hərbçiləri İsveçin PDM-nin hərəkətini izləyir və daha sonra onu tank əleyhinə qumbaraatanla məhv edirlər.
US Bradley, arxiv
© AFP 2024
Məqalədə qeyd olunur ki, sosial şəbəkələrdə Rusiya əsgərlərinin ələ keçirdikləri İsveçin CV90 PDM-i qarşısında çəkdirdikləri fotoları yayılıb. Videoya ələ keçirilən zirehli PDM-də dəliyin olduğu da düşüb.
Xatırladaq ki, son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri (RSQ) Rabotino bölgəsində "Leopard" tankını və "Bradley" piyada döyüş maşınını məhv edib. "Vostok" qrupunun mətbuat mərkəzinin rəhbəri Oleq Çexov bildirib ki, "Bradley"in məhvində "Lancet" sursatından istifadə edilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.