FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakı dünən, bu gün, sabah

Azərbaycan paytaxtının köhnə və yeni fotolarından seçməni təqdim edirik.
Sputnik
BAKI, 1 avqust - Sputnik. Bakı haqlı olaraq dünyanın ən gözəl paytaxtlarından biri hesab olunur. Onu tez-tez "küləklər şəhəri", "Şərqi Paris", "Qafqaz Dubayı" adlandırırlar.
Metropolun memarlığı ultra müasir binaları və qədim tarixi binaları üzvi şəkildə birləşdirir.
Bakıda siz Azərbaycan xalqının koloritini və mədəniyyətini əks etdirən Şərqlə Qərbin təzadını tam hiss edə bilərsiniz.
Sputnik Azərbaycan köhnə və yeni Bakının fotolarından seçməni təqdim edir.
1 / 30

Bakının mərkəzində köhnə ev, 1997-ci il.

2 / 30

Bakının mərkəzində eyni ev hazırda.

3 / 30

Bakı şəhəri, “28 aprel” metrostansiyasının girişi, 1976-cı il.

4 / 30

Bakı şəhəri 28 may metrosunun girişi. Stansiya əvvəlcə “28 aprel” adlanırdı. 1992-ci ildən Azərbaycanda 28 May Respublika Gününün qeyd edilməsinə başlanılıb və bununla əlaqədar stansiyanın adı “28 May” kimi qeyd edilib.

5 / 30

“Azərbaycan” kinoteatrı və şairə Xurşidbanu Natəvanın abidəsi, 1981-ci il.

6 / 30

“Azərbaycan” kinoteatrı və şairə Xurşidbanu Natəvanın abidəsi hazırda.

7 / 30

Keçmiş “Azərbaycan” mehmanxanası, 1980-ci il.

8 / 30

Hazırda bu bina “JW Marriott Absheron” mehmanxanası kimi fəaliyyət göstərir.

9 / 30

Bakıdakı Fəvvarələr Meydanının görünüşü, 1998-ci il.

10 / 30

Bakıda Fəvvarələr Meydanının görünüşü hazırda.

11 / 30

Bakıda keçmiş V.I.Lenin muzeyi, 1960.

12 / 30

Hazırda bu binada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi fəaliyyət göstərir.

13 / 30

Bakıda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 1961.

14 / 30

Azərbaycan Milli Kitabxanası hazırda.

15 / 30

Üzeyir Hacıbəyov adına küçədəki evlər, 1979.

16 / 30

Həmin binalar hazırda belə görünür.

17 / 30

Bakının mərkəzi küçələrindən birinin görünüşü, 1980-ci il.

18 / 30

Eyni küçə bu gün.

19 / 30

Fəvvarələr Meydanı, 1987-ci il.

20 / 30

Bu gün Fəvvarələr Meydanı.

21 / 30

Bakı şəhərində funikulyor, 1973.

22 / 30

Bu gün Bakı şəhərinin funikulyoru belə görünür.

23 / 30

İçərişəhərin cənub-şərqində - Bakının tarixi hissəsində yerləşən Qız qalası, 1965-ci il.

24 / 30

Bakıda Qız Qalası bu gün.

25 / 30

Bakının mərkəzində Nizami küçəsi (Rəssamlar küçəsi kimi də tanınır), 1999-cu il.

26 / 30

Bu gün Bakının mərkəzi Nizami küçəsi.

27 / 30

Bakı şəhəri Səməd Vurğun küçəsinin görünüşü, 1971.

28 / 30

Bu küçə bu gün belə görünür.

29 / 30

Paytaxt sakinləri və qonaqları Bakı Dənizkənarı Bulvarında, 1971-ci il.

30 / 30

Bakı bulvarı hələ də şəhər sakinlərinin və şəhərin qonaqlarının sevimli istirahət yeridir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.