DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Anti-Rusiya ritorikası Polşanın sonunu gətirəcək - Pentaqonun polkovniki

Qurum rəhbərinin sabiq müşaviri qeyd edib ki, Polşanın Avropanın mərkəzində yerləşməsi ona inkişaf üçün iki seçim təqdim edir: münaqişəni yaratmaq və ya tam sabitliyi təmin etmək.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Əgər Rusiya ilə razılaşmaqdan imtina etsə və onunla münaqişələri davam etdirilməyə yönəlsə, bu, Polşanın sonunu gətirəcək. Bunu Pentaqon rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor "Myśl Polska" jurnalına müsahibəsində deyib.

"Polşa uzunmüddətli strateji marağını Rusiyanın məhv edilməsi ilə əlaqələndirsə, onun sonu olacaq", - deyə polkovnik bildirib.

Makqreqor qeyd edib ki, Polşanın Avropanın mərkəzində yerləşməsi ona inkişaf üçün iki seçim təqdim edir: münaqişəni yaratmaq və ya tam sabitliyi təmin etmək. Eyni zamanda, Polşa tərəfi üçün birinci ssenari faciəli ola bilər.

"Bütün xarici qoşunları ölkədən çıxarın və diplomatlarınızı Moskvaya göndərin", - deyə polkovnik polyaklara müraciət edib.

Makqreqor həmçinin Polşa hakimiyyətini Ukrayna Silahlı Qüvvələrinə (USQ) silah tədarükünü dayandırmağa çağırıb.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Konstantinovski sarayında jurnalistlərlə söhbəti zamanı bildirib ki, Polşa qoşunlarının yeridilməsi Ukraynanın qərb ərazilərinin ələ keçirilməsinə gətirib çıxaracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.