Azərbaycanın "Qırmızı Kitab"ının bu yaxınlarda üçüncü nəşrinin təqdimatı olub. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə"yə uyğun olaraq "Qırmızı Kitab"ın nəşri hər 10 ildən bir nəzərdə tutulur.
1989-cu ildə nəşr olunan ilk "Qırmızı Kitab"a 140 növ flora və 108 növ fauna, 2013-cü ildə nəşr olunmuş ikinci kitaba isə 300 növ flora və 223 növ fauna daxil edilib.
Nəsli kəsilməkdə olan bitkilər bölməsi xüsusi maraq doğurur.
Yeni "Qırmızı Kitab"da nə qədər bitki növünün yer aldığı və nəsli kəsilməkdə olan flora nümunələrinin necə qorunacağı barədə "Qırmızı Kitab"ın "Flora" hissəsinin tərtibçilərindən biri, biologiya elmləri doktoru, dosent, korrektor Tubuxanum Qasımzadə avqustun 3-də, saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.