BAKI, 1 avqust — Sputnik. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
L.Bono ABŞ-ın sülh prosesinə yardımını və regionda dayanıqlı sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə İrəvana da səfər edəcək. Bu barədə Ermənistan mediası ABŞ-ın İrəvandakı səfirliyinə istinadən bildirib.
Qeyd olunub ki, səfər zamanı ABŞ diplomatı ölkəsinin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinə dəstəyini ifadə edəcək, davamlı sülhə nail olmağın ən yaxşı yollarını müzakirə edəcək.
Səfirlikdən bildirilib ki, ABŞ Cənubi Qafqazda yaşayan xalqlara sülh və sabitlik gətirəcək istənilən prosesi dəstəkləməyə hazırdır.
Xatırladaq ki, Lui Bono bu ilin may ayında regiona səfər edib. Səfəri zamanı o, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.