BAKI, 31 iyul - Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp tərəfdarlarının Pensilvaniya ştatında keçirdiyi mitinq zamanı Vaşinqtondan daha çox nüvə silahına malik olan Moskva ilə münasibətləri yaxşılaşdırmağa çağırıb. O həmçinin Rusiya prezidenti Vladimir Putini yaxşı tanıdığını da qeyd edib.
"Risiya liderini yaxşı tanıdığımı, onunla anlaşdığımı söylədikdə saxta xəbərlər nifrət edir. Xeyr, münasibətin normal olması yaxşıdır. Onların bizdən daha çox nüvə silahı var. Təxminən eynidir, lakin bir az daha çoxdur", - deyə Ağ Evin sabiq rəhbəri bildirib.
Tramp həmçinin Ukrayna münaqişəsinə görə ABŞ-ın axmaq və təhlükəli vəziyyətdə olduğunu qeyd edərək, hazırda ABŞ administrasiyasının Ukraynaya yardım üçün Avropadan dəfələrlə artıq vəsait ayırdığını vurğulayıb.
Xatırladaq ki, Tramp Ukraynanın ABŞ-ın ayırdığı yardımla müqayisə oluna bilməsi üçün Avropa ölkələrindən təxminən 100 milyard dolların almasının lazım olduğunu bildirib. ABŞ-ın keçmiş lideri həmçinin Ağ Evin Kiyevə kömək etməsi üçün vergi ödəyicilərinin milyardlarla dollar xərclədiyini də qeyd edib.