HADİSƏ

Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib

Uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb.
Sputnik
BAKI, 31 iyul - Sputnik. Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. Bu barədə APA-ya yaxınları bildirib.
Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.
***
Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.
APA xəbər verir ki, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.
Xəstəxanada olan yaxınlarının APA-ya verdiyi məlumata görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.
O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.
Surət Huseynovun səhhəti stabildir, anju olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.
Qeyd edək ki, bu gün Surət Hüseynovun vəfat etməsi barədə məlumatlar yayılıb.