RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoyqu bir ay ərzində USQ-nin itkilərini açıqlayıb

Nazir bildirib ki, Ukrayna Silahlı Qüvvələri ötən ay 20824-dən çox hərbçisini itirib.
Sputnik
BAKI, 31 iyul — Sputnik. Son bir ayda Ukrayna Silahlı Qüvvələrinin (USQ) itkiləri 20,824 nəfər və 2,227 ədəd silah təşkil edib.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə görüşündə deyib.
"Ötən ay ərzində qoşunlarımızın uğurlu əməliyyatları nəticəsində düşmənin itkiləri 20,824-dən çox hərbi qulluqçu və 2,227 ədəd müxtəlif silahlar təşkil edib", - deyə nazir qeyd edib.
Rusiya müdafiə naziri bildirib ki, Ukrayna Silahlı Qüvvələri ötən ay İngiltərə, ABŞ, Almaniya, Fransa və Polşanın on "Leopard" tankını, 11 "Bradley" piyada döyüş maşınını, 40 M 777 artilleriya sistemini və 50 özüyeriyən artilleriya qurğusunu itirib. Nazir qeyd edib ki, Qərb ölkələrinin Ukraynaya verdiyi silahlar döyüş meydanında uğur qazandırmır, sadəcə olaraq münaqişəni uzadır.
Xatırladaq ki, Şoyqu bu yaxınlarda 2023-cü il iyunun 4-dən etibarən USQ-nin təxminən 2,5 min ədəd hərbi texnikasının məhv edildiyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna qoşunları heç bir istiqamətdə öz məqsədlərinə nail olmayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.